Cəmiyyət

27 Avqust

28 avqust 2025-ci il üçün hava proqnozu

Avqustun 28-i üçün hava proqnozu açıqlanıb.

Finss.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağını bildirir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu:

  • Gecə: +20…+24°C
  • Gündüz: +27…+30°C

Atmosfer təzyiqi: 761 mm civə sütunu
Nisbi rütubət: gecə 70-75%, gündüz 45-55%

Azərbaycanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış, şimşək, dolu ehtimalı var. Bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu rayonlarda:

  • Gecə: +22…+26°C
  • Gündüz: +34…+39°C
  • Dağlarda gecə: +12…+17°C
  • Dağlarda gündüz: +24…+29°C